lavas salati
Lavaş -2 əd
Ət -200 qr
Xiyar- 2 əd
Turşu xiyar -2 əd
Pomidor -3 ədəd
Şüyüd
Mayonez
Duz, istiot
Hazırlanması.
Əti qaynadıb bişiririk və soyuduqdan sonra didirik. Təzə xiyarı və turşu xiyarı sürtkəcdən keçiririk. Sürtkəcdən keçirdiyimiz xiyarları süzcəcə töküb suyunun çıxmasını gözləyirik. Pomidorları xırda -xırda doğrayırıq. Şüyüdü yuyub doğrayırıq və ərzaqlqrı , mayonezi ,duz , istiotu hamısını qaba töküb qarışdırırıq. Onu da qeyd edim ki, mayonezi xamayla evez ede bilersiniz . Men mayonezi az vurmuşam siz isteseniz artıra bilersiniz. 15 -20 dəqiqə qarışdırdığımız salatı qabda saxlayırıq ki, suyu çıxsın . Stolun üzərinə streç sərib üstünə 1 ədəd qalın lavaş səririk. Üzərinə hazırladığımız salatı yayırıq və büküb lavaşın qıraqlarını mayonezleyirik ki, açılmasın. Streçlə büküb 1-2 saat soyuducuda saxlayırıq. Soyuducudan çıxardığımız hazır bükməmizi 2-cii lavaşı mayonezleyib üzərinə qoyub bükürük. Səliqəli doğranması üçün çörək bıçaqı (mişar bıçaq) ilə doğrayırıq.
Nuş olsun
